Azərbaycanda nə qədər peyvənd vurulub?

Xəbərlər

05.05.2022 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa qarşı vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 5 046 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 527, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 523, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 645 nəfərdir. Pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 351-dir.

İndiyədək vurulan peyvəndlərin ümumi sayı 13 658 768, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 868, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 841 135, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 236 032, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 240 733 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş