Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

18.02.2022 - 17:25

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada COVID-19 əleyhinə 41 min 214 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 214 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1530, üç və daha çox doza vaksinlərin sayı 34 088, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2418-dir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 12 720 225, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 280 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 772 019, üç və daha çox doza vaksinlərin sayı 2 477 911, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 189 902 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş