Televiziya kanalları yanvarın 28-dən HD formatda yayıma keçib
“Azərspace-1” telekommunikasiya peykindən yayımlanan Azərbaycanın televiziya kanalları yanvarın 28-dən HD (High Definition – yüksən dəqiqlikli) formatda yayıma keçib. AYNA xəbər verir ki, bu barədə Azərkosmosun hesabatında qeyd edilib.
Bildirilib ki, telekanallar Azərkosmos, Milli Televiziya və Radio Şurası, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi ilə birgə razılığa əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 28-dək yerli kanallar HD keyfiyyətində yayıma başlayıb.
Qeyd edək ki, televiziya kanalları “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə HD formatda yayımlanır.