Azərbaycanda daha 8 nəfər COVID-19-dan vəfat edib

Aktual

09.01.2022 - 16:30

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 555 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 555 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 621 234 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 605 561 nəfər müalicə olunaraq sağalıb, 8 445 nəfər vəfat edib, aktiv xəstə sayı 7 228 nəfərdir.

Ölkədə son sutka ərzində 9 395, hazırkı dövrədək isə 5 943 023 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş