Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxub

Cəmiyyət

30.12.2022 - 20:07

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 826 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 808 nəfər müalicə olunaraq sağalıb, hazırda 495 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1384, bu günə qədər isə ümumilikdə 7 428 980 test icra olunub.

Müəllif: Ayna.az