Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub

Aktual

29.06.2022 - 16:34

Analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 224 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 343 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 164 nəfərdir.

Ölkədə son sutka ərzində 3 174, hazırkı dövrədək isə 6 961 028 test aparılıb.

Müəllif: Ayna.az