Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub

Xəbərlər

10.05.2023 - 19:23

cedabet dərman SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 201 nəfər müalicə olunaraq sağalıb, 10 260 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir.

Ölkədə son sutka ərzində 827, hazırkı dövrədək isə 7 600 248 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş