Azərbaycanda COVID-19-la bağlı bugünkü STATİSTİKA

Aktual

12.03.2023 - 17:46

Son sutkada 36 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 828 942 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 583 nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər vəfat edib, aktiv xəstə sayı 215 nəfərdir.

Ölkədə son sutka ərzində 1 114, hazırkı dövrədək isə 7 541 312 test aparılıb.

Müəllif: Ayna.az