Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

13.05.2022 - 17:16

Son sutkada koronavirus əleyhinə 3180 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3180 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2322, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 252 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 681 428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 421, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 252 206, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 242 605 nəfər təşkil edir.

Müəllif: Ayna.az