Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

22.05.2022 - 19:04

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 2 483 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada 2 483 nəfər vaksinasiyadan keçib. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 221, ikinci doza vaksinlərin sayı 270 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 803-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 189 olub.

Azərbaycanda bu günə qədər vurulan peyvəndlərin ümumi sayı 13 707 006, birinci doza peyvəndlərin ümumi sayı 5 345 824, ikinci doza vaksinlərin sayı 4 847 442 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 269 214, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 526 olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş