Son sutkada koronavirus əleyhinə 12 min 879 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 879 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 909, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1240, üç və daha çox doza vaksin vurduranların sayı 10 115, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 615 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 469 201, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 325 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 825 873, üç və daha çox doza vaksin vurduranların sayı 3 088 723, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 229 310 təşkil edir.