Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı 6 mini keçdi

Aktual

02.02.2022 - 16:02

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 6620 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 nəfər vəfat edib, aktiv xəstə sayı 30807 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797, ötən müddət ərzində isə ümumilikdə 6 191 130 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş