Bir gündə 10 min nəfərə yaxın şəxs vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9660 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 709, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 856, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7547, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 548 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 558 968, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 331 706, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 833 723, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 159 255, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 234 284 nəfər təşkil edir.