Azərbaycanda bir gündə 7 nəfər COVID-19-dan vəfat edib

Aktual

20.09.2022 - 16:40

Daha 259 nəfər koronavirusa yoluxub, 312 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9 893 nəfər vəfat edib, aktiv xəstə sayı 1 592 nəfərdir.

Ölkədə son sutka ərzində 3 856, hazırkı dövrədək isə 7 221 407 test aparılıb.

Müəllif: Ayna.az