Azərbaycanda bir gündə 34 minə yaxın vaksin vurulub

Aktual

18.07.2021 - 18:20

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 869 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 370 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 580 819, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 537 təşkil edir.

Müəllif: Ayna.az