Azərbaycanda bank rəhbərinin 17 yaşlı oğlu qəfildən vəfat edib

Hadisə

18.02.2020 - 13:01

Həkimlər Klinikalar SEO Xidməti

Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb

 

“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyevin 17 yaşlı oğlu qəfildən dünyasını dəyişib. AYNA demokrat.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə saatlarında baş verib.

 

Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb. Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında, Azərbaycan Mətbuat Şurasının binası önündə Natiq Quliyevin oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digər bank rəhbərləri qatılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş