Azərbaycanda ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişdirilib

Xəbərlər

07.06.2023 - 17:34

Baş nazir qərar imzalayıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilib.

AYNA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Yeni qərarla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün veriləcək müavinət ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən çıxılacaq.

Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Müəllif: Ayna.az