Azərbaycanda 21 yeni domen dövlət qurumlarının istifadəsinə verilib

Xəbərlər

11.06.2025 - 16:35

cedabet dərman SEO Xidməti

Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz azdır

Bu ilin yanvar-may aylarında Azərbaycanda 21 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. AYNA.AZ Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 103 yeni subdomen də verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz azdır. Eləcə də ötən dövr ərzində Azərbaycanda dövlət qurumlarının adına bənzər 5 saxta domen bloklanıb.

Qeyd edək ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen əldə edib. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq Dövlət Xidməti tərəfindən bloklanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş