Azərbaycan XİN Lavrova cavab verib

Xəbərlər

09.06.2022 - 20:14

Həkimlər Klinikalar SEO Xidməti

XİN: Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə baxılması nəzərdə tutulmur

"Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür". AYNA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edərkən bildirib.

"Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur", - deyə XİN sözçüsü vurğulayıb.

Xatırladaq ki, Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə brifinqdə Fərrux kəndi ilə bağlı sualı cavablandırarkən bu məsələnin delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu iddia edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş