XİN-in “Twitter” hesabında paylaşım edilib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Cümhuriyyətini 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik edib.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında bildirilib.
Paylaşımda qeyd olunub: “30 Avqust - Zəfər Bayramın mübarək olsun, qardaş Türkiyə! Zəfər Bayramının 100-cü ildönümündə Türkiyənin müstəqilliyi uğrunda canından keçən bütün şəhidləri dərin hörmət, rəhmət və iftixarla anırıq”.