Azərbaycan XİN-dən Ağdaban faciəsi ilə bağlı paylaşım

Xəbərlər

08.04.2025 - 11:50

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür

Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

"1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə bir edilərək tamamilə məhv edilib, 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb, 32 nəfər isə amansızlıqla qətlə yetirilib. Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq", - deyə paylaşımda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş