Azərbaycan su ehtiyatları azalıb - RƏSMİ

Cəmiyyət

10.03.2023 - 16:14

Mingəçevir su anbarına daxil olan suyun həcmi təqribən 50 faiz azalıb

Azərbaycanda su ehtiyatları azalıb. AYNA xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini qeyd edib ki, iqlim dəyişmələrinin təsirləri Azərbaycandan da yan keçməyib: “Bu təsirlər daha çox su ehtiyatlarının azalmasında özünü göstərib. Azərbaycan arid landşaft və məhdud su resurslarına malikdir. Mövcud su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşan və transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olur. Azərbaycan adambaşına düşən suyun həcminə görə ilk yüzlükdə yer alsa da, 90-cı yerlərdən birini tutur”.

“Su ehtiyatlarını qiymətləndirdikdə Azərbaycan 140-cı yerdə qərarlaşıb. Bu da ölkəmizdə suyun səmərəli istifadəsini şərtləndirir”, - Kərimov vurğulayıb.

Nazir müavini qeyd edib ki, son dörd ildə Mingəçevir su anbarına daxil olan suyun həcmi təxminən 50 faiz azalıb: “Əgər 2018-ci ildə daxil olan suyun həcmi 823 milyon kubmetr idisə, ötən il həmin göstərici 455 kubmetrə bərabər olub”.

Müəllif: Ayna.az