Bakıda təşkil olunacaq yarış "İdman TV"də təqdim olunacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində canlı yayımlanacaq. AYNA-nın məlumatına görə, Bakıda təşkil olunacaq yarış "İdman TV"də təqdim olunacaq.
Növbəti mərhələlərin yayımlanıb-yayımlanmayacağı hələlik bəlli deyil. Yeni mövsümün ilk Qran-priləri canlı göstərilməyib.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.