Azərbaycan Prezidenti: "Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk"

Xəbərlər

28.04.2025 - 16:24

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur.

AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında bildirib.

Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib: “Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş