Azərbaycan paraatleti qızıl medal qazanıb

İdman

07.09.2024 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

Aslanov 7,29 metr nəticə ilə çempion olub

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

AYNA-nın məlumatına görə, idmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib.

Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş