Azərbaycan Ordusunun əsgəri həlak olub

Xəbərlər

09.07.2022 - 11:19

Həkimlər Klinikalar SEO Xidməti

Faktla bağlı Hərbi prokurorluqda cinayət işi başlanıb

Azərbaycan Ordusunun əsgəri həlak olub. Bu barədə AYNA-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş