Azərbaycan neftinin qiyməti 63 dollara yaxınlaşıb

Xəbərlər

07.04.2021 - 11:18

Dünya birjalarında neftin qiyməti bahalaşır

 

Dünya birjalarında neftin qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 62,75 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar bahalaşaraq 59,35 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar artaraq 62,98 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az