Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

İqtisadiyyat

17.05.2022 - 11:17

Dünya bazarında neftin qiymətləri ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,01 dollar azalaraq 114,23 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,11 dollar ucuzlaşaraq 114,09 dollar olub.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb.  Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,14 dollar artaraq 119,39 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az