Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır

İqtisadiyyat

28.09.2023 - 09:44

Həkimlər Klinikalar SEO Xidməti

Neftin qiymətində artım qeydə alınıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,35 ABŞ dolları, yaxud 3,37 % artaraq 102,70 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 97,41 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az