Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

09.10.2023 - 11:35

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,75 dollar azalıb

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,08 dollar artaraq 87,66 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,24 dollar bahalaşaraq 86,03 dollar təşkil edib.

Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,75 dollar azalaraq 93,17 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş