Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

13.09.2024 - 10:51

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light”ın bir barelinin qiyməti 76,77 dollar olub

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,24 dollar və ya 4,41 faiz artaraq 76,77 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Dünya birjalarında da neft bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,38 dollar artaraq 72,35 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,39 dollar artaraq 69,36 dollar təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş