Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

24.11.2023 - 11:38

“Azeri Light”ın bir barelinin qiyməti 1,49 dollar artıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,04 dollar artaraq 81,46 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,58 dollar ucuzlaşaraq 76,52 dollar təşkil edib.

Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,49 dollar və ya 1,79 faiz artaraq 84,66 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az