Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

21.11.2023 - 12:39

“Azeri Light”ın qiyməti 3 dollardan çox artıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 0,41% azalaraq 1 barelə görə 81.88 dollar təşkil edib.

AYNA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0.50% azalaraq 77.44 dollar olub.

Azərbaycan nefti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3.19 dollar və ya 3.81 faiz artaraq 86,86 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az