Azərbaycan nefti 108 dollardan baha satılır

İqtisadiyyat

11.05.2022 - 11:54

Neftin qiyməti bahalaşıb

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,42 dollar artaraq 104,88 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,31 dollar bahalaşaraq 102,07 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,78 dollar azalaraq 108,77 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

 

 

 

Müəllif: Ayna.az