Azərbaycan-İran sərhədində zəlzələ olub

Xəbərlər

13.01.2025 - 01:03

Həkimlər Klinikalar SEO Xidməti

Yanvarın 12-də Azərbaycan-İran sərhədində zəlzələ olub. AYNA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, təbii hadisə Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 23:27-də 3,1 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 26 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.

Müəllif: Ayna.az