Azərbaycan iqtisadiyyatı ilə bağlı statistika açıqlanıb

İqtisadiyyat

11.08.2023 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 5,9 faiz azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 70 372,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2% azalıb, qeyri-neft-qaz sektorunda isə 3,4% artıb.

ÜDM istehsalının 42,8%-i sənaye, 9,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9%-i tikinti, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,7%-i digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,2%-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 5,9 % azalaraq 6 939 manata düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş