Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin görüşü keçiriləcək

Xəbərlər

17.05.2022 - 15:22

Dəqiq tarix razılaşma mərhələsindədir

Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun görüşü bu ay baş tutacaq. 

AYNA erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib. 

Qeyd edilib ki, görüşlə bağlı ilkin razılığa gəlinib. Dəqiq tarix razılaşma mərhələsindədir.

Müəllif: Ayna.az