Azərbaycan Böyük Dəbilqədə 6 cüdoçu ilə təmsil olunacaq

İdman

03.02.2022 - 23:28

Həkimlər Klinikalar SEO Xidməti

Turnirdə 54 ölkə iştirak edəcək

Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Federasiyadan AYNA-ya verilən məlumata görə, yarışda ölkəni Mövlud Mirəliyevin rəhbərlik etdiyi kişilərdən ibarət milli komanda təmsil edəcək.

Medallar uğrunda Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, 54 ölkədən 308 idmançının qatılacağı Böyük Dəbilqə 5-6 fevralda təşkil olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş