Azərbaycan BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinin təşkilinə hazırdır

Xəbərlər

27.09.2023 - 02:41

Bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib

Azərbaycan BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinin təşkilinə hazırdır

AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.

Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb.

Müəllif: Ayna.az