Azad edilən ərazilərdə daha 34 mina aşkarlanıb

Xəbərlər

14.03.2022 - 13:46

Həkimlər Klinikalar SEO Xidməti

86,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, martın 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 27 mina və 82 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 86,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş