Ayaz Mütəllibov 1991-ci ildə prezident seçilmişdi
Keçmiş prezident Ayaz Mütəllibov vəfat edib. AYNA ASAN Radio-ya istinadən xəbər verir ki, Ayaz Mütəllibov 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci ilin avqust ayından 1992-ci ilin mart ayına qədər Azərbaycan Respublikasının Prezidenti olub.