Ayaz Mütəllibov dəfn olunub

Xəbərlər

28.03.2022 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

Sabiq Prezident Birinci Fəxri xiyabanda torpağa tapşırılıb

Dünən vəfat edən sabiq Prezident Ayaz Mütəllibovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib. AYNA xəbər verir ki, vida mərasimində sabiq Prezidentin yaxınları, deputatlar, ictimai-siyasi xadimlər iştirak ediblər.

Sabiq Prezidentin oğlu Zaur Mütəllibov özü və ailəsi adından Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya göstərdikləri diqqətə görə təşəkkür edib.

Vida mərasimindən sonra A.Mütəllibov Birinci Fəxri xiyabanda dəfn olunub.

Qeyd edəkl ki, 84 yaşında dünyasını dəyişən A.Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş