Axtarışda olan 55 nəfər saxlanılıb

Xəbərlər

12.07.2023 - 13:07

cedabet dərman SEO Xidməti

Ötən gün ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib

İyul ayının 11-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən qalan üç cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç nəfər ölüb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı yeddi fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş