“Axmat” yeni hücuma hazırlaşır

Dünya

01.06.2023 - 12:54

Alaudinov aktiv hücuma hazırlığın başladığını elan etdi

Rusiyanın çeçenlərdən ibarət “Axmat” xüsusi təyinatlılarının və 2-ci Ordu Korpusunun komandir müavini Apti Alaudinov yeni sektorda aktiv hücum əməliyyatlarına hazırlığın başladığını elan edib. AYNA xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə “Axmat” xüsusi təyinatlıları yeni əraziyə köçürülüb. Biz aktiv hücum əməliyyatlarına hazırlaşırıq”, deyə Alaudinov yazıb.

Komandir xüsusi təyinatlıların bir hissəsinin həmin ərazidə qalmasına aydınlıq gətirib. Onun sözlərinə görə, komandanlığına başqa bir alay ayrılıb. Bundan əlavə, iki alay hücuma hazırlaşır.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi “Axmat” xüsusi təyinatlılarının əsgərlərinin Ukraynanın Donetsk istiqamətinin bir hissəsi olan Maryinski taktiki istiqamətində uğurlu hücum əməliyyatı keçirdiyi barədə məlumat yayıb.

Bundan əlavə, Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı” zonasında fəaliyyət göstərən xüsusi təyinatlı dəstə yeni tapşırıq alıb.

Müəllif: Ayna.az