Avstraliyanın səhiyyə nazirinin peyvənddən sonra halı pisləşib

Dünya

09.03.2021 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

Həkimlər Qreq Hantın səhhətinin pisləşməsinin peyvəndlə əlaqəli olmadığını düşünürlər

 

Avstraliyanın səhiyyə naziri Qreq Hantın  koronavirusa qarşı “AstraZeneca” peyvəndi vurulduqdan iki gün sonra halı pisləşib. AYNA xarici mediaya istinadən bildirir ki, nazir xəstəxanaya yerləşdirilib.

 

Xəstəxanadan bildirilib ki, nazir hazırda müalicə alır. Həkimlər 55 yaşlı Q.Hantın tam sağalacağını deyiblər. Onlar nazirin səhhətinin pisləşməsinin peyvəndlə əlaqəli olduğuna inanmırlar.

 

Qeyd edək ki, dünya mediasında “AstraZeneca” peyvəndindən sonra insanların səhhətində mənfi halların yaşandığı haqqında tez-tez məlumatlar yayılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş