Avstraliya Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Dünya

29.06.2023 - 13:34

cedabet dərman SEO Xidməti

Sanksiya siyahısında 50-dən çox Rusiya vətəndaşının adı var

Avstraliya anti-Rusiya sanksiyalarını müddətini növbəti dəfə uzadıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sanksiya siyahısında 50-dən çox Rusiya vətəndaşının adı var. Onların arasında Federasiya Şurasının spikeri Valentina Matviyenko, Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Andrey Klişas, komitənin üzvü Yelena Mizulina, Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksenov və Krım Dövlət Şurasının sədri Vladimir Konstantinovun da adı var.

Bununla yanaşı, 2017-ci ildə Rusiya vətəndaşlarına və bizneslərinə qarşı tətbiq edilən məhdudiyyətlər uzadılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş