Avstraliya İttifaqının General-Qubernatoru İlham Əliyevi təbrik edib

Xəbərlər

29.05.2024 - 20:30

Həkimlər Klinikalar SEO Xidməti

Devid Con Hörli: "Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri növbəti illərdə də inkişaf etməkdə davam edəcək"

Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AYNA xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu il Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konfransına ev sahibliyi etməkdə sizə uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri növbəti illərdə də inkişaf etməkdə davam edəcək".

Müəllif: Ayna.az