Mart ayında Avrozonada inflyasiya illik müqayisədə 7,5 faizə yüksəlib
Rusiya-Ukrayna gərginliyinin qlobal təchizat zəncirlərinə təsiri fonunda Avrozonada inflyasiya rekord həddə çatıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Məlumata görə, mart ayında Avrozonada inflyasiya illik müqayisədə 7,5 faizə yüksəlib. Bu, tarixi göstəricidir. Aylıq müqayisədə isə inflyasiya 2,5 faiz təşkil edib.