Rusiya aviakompaniyalarına bildiriş göndərilib
Polşa, Çexiya və Bolqarıstan öz hava məkanlarını bağladığı barədə Rusiya aviakompaniyalarına xəbərdar edib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya aviakompaniyalarının biri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Polşa, Çexiya və Bolqarıstan hava məkanlarını bağladıqları barədə aviakompaniyalara bildiriş göndərib.
Qeyd edək ki, bir müddət əvvəl adı çəkilən ölkələr Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı yanvarın 26-dan etibarən rus aviakompaniyalarına məxsus təyyarələr üçün öz hava məkanlarını bağlayacaqlarını açıqlamışdı.