Bu gün maye yanacağın qiymət artımı 2,8 faiz təşkil edib
Avropada fevralın 23-də keçirilən hərracda min kubmetr qazın qiyməti 960 dolları keçib.
AYNA xarici mediaya istinadən bildirir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qaz üçün mart fyuçersinin qiyməti 960,6 dollara yüksəlib.
Günün əvvəlindən bəri maye yanacağın qiymət artımı 2,8 faiz təşkil edib.
Qeyd edək ki, illik qaz nəqli gücü 55 milyard kubmetr olan “Şimal axını-2” Rusiyadan Baltik dənizinin Almaniya sahillərinə qədər uzanır. Kəmərin birinci xəttinin tikintisi iyunun əvvəlində, ikincisi isə sentyabrda başa çatıb.